Rusiya yeni T-14 “Armata” tankını ixrac etmək istəyir

Rusiya yeni T-14 “Armata” tankını ixrac etmək istəyir

Rusiya yeni T-14 “Armata” tankını ixracat üçün təqdim etməyə başlayıb.

“Azeri Defence” hərbi-texnoloji saytı TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev deyib.

Dmitri Şuqayev bildirib ki, xarici müştərilər arasında T-14 “Armata” tankına maraq böyükdür.

D.Şuqayev həmçinin Rusiya şirkətlərinin potensial alıcılara S-300 və S-400 hava hücumundan müdafiə sistemlərini, o cümlədən müasir təyyarə və helikopterləri təklif etməyə hazır olduqlarını bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş