Rusiya yeni zenit-raket kompleksinin kütləvi istehsalına başlayır

Rusiya yaxın zamanlarda daşınan zenit-raket kompleksinin – “Verba”nın kütləvi istehsalına başlayacaq.

“AzeriDefence” Rusiya mediasına istinadən məlumat verir ki, yeni nəsil kompleksi hesab olunan “Verba” ilk dəfə “Armiya -2015” hərbi-texnoloji sərgisində ictimaiyyətə təqdim olunub.

“Verba”nın istehsal olunduğu Maşınqayırma Konstruktor Bürosunun baş konstruktoru Valeriy Kaşin yeni silah barədə məlumat versə də, ixrac olunacaq ölkələrin adını çəkməyib.
Mütəxəssislərin sözlərinə görə isə “Verba” analoqlarından bir çox meyarlarına görə, üstün hesab olunur. Bu qurğuda üç spektrli optik arama sistemi mövcuddur. Bundan başqa kompleksə əlavə olunan detallar silahın dəqiqliyini və gücünü artırıb.

Kompleks raketəleyhinə sistemi aldadaraq, hədəfə çatmaq imkanı yarada bilən avtomatik qurğu ilə də təchiz olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş