Rusiya yenidən Dəmiryolu Döyüş Raket Kompleksi yaradır

Rusiya yenidən ballistik raketlər üçün qatarlar yaradacaq.

“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, Rusiya Hərbi-Sənaye Komissiyasının Məsləhət Şurasının eksperti Viktor Muraxovski bildirib ki, hazırda dövlətin müvafiq strukturları səviyyəsində bu məsələ müzakirə mərhələsindədir.

Onun sözlərinə görə, bu qatarlar elə texniki tələblərə cavab verməlidir ki, istənilən yerdə ballistik raket atışa hazır vəziyyətə gətirilə bilsin.

Qatar yerüstü və peyk-kəşfiyyat avadanlıqları tərəfindən aşkarlanmaması üçün də texniki şərtlərə cavab verməlidir.

Xatırladaq ki, 1969-cu ildə verilən əmrə əsasən, Dəmiryolu Döyüş Raket Kompleksi yaradılıb.

2005-ci ilin mayında isə bu qoşun xidməti ləğv edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş