Rusiyada 900-dən artıq hərbi qulluqçu koronavirusa yoluxub

Rusiyada 900-dən artıq hərbi qulluqçu koronavirusa yoluxub

Rusiya Silahlı Qüvvələrində yeni koronavirus COVİD-19 infeksiyasına yoluxan hərbi qulluqçuların sayı 901-ə çatıb.

“AzeriDefence”nin TASS xəbər agentliyinə istinadən verdiyi nəlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

324 hərbçi Müdafiə Nazirliyinin hospitalında, 176 nəfər tibb məntəqəsində, 6 nəfər mülki tibb müəssisələrində müalicə olunur. Digər 395 nəfər isə ev şəraitində karantinə alınıb.

Məlumatda o da qeyd edilib ki, hərbi liseylərinin kursantlarından da 963 nəfər koronavirusa yoluxub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş