Rusiyada An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində 1 hərbçi ölüb, 4-ü yaralanıb

Rusiyanın Saratov vilayətində yerləşən “Krasnodar” Ali Aviasiya Məktəbinin təlim avibazasında An-26 hərbi təyyarəsi qəzaya uğrayıb.

“AzeriDefence” “Ria Novosti”yə istinadən xəbər verir ki, bu haqda məlumat Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr departamentindən verilib.

Hadisə təlim-məşq uçuşu zamanı baş verib. Təyyarə aerodroma enmə zamanı səhv eniş edib və əkin sahəsinə doğru istiqamətlənib. Sərt eniş zamanı təyyarə yerə düşən kimi alovlanmağa başlayıb.

Baş verən qəza nəticəsində bir hərbçi ölüb, dörd ekipaj üzvü ağır xəsarət alıb.

Məlumata görə, təyyarənin göyərtəsində dörd təyyarəçi və bir kursant olmaqla cəmi beş nəfər olub. Kursant aldığı xəsarətlər səbəbindən dünyasını dəyişib. Digər heyət üzvlərini hərbi hospitala yerləşdirilib. Xəsarət alan hərbçilər bütün zəruri tibbi yardım göstərilir.

İlkin məlumatlara görə, qəzaya səbəb mühərriklərin birinin işləməməsi olub.

Baş vermiş qəza ilə əlaqədar Müdafiə Nazirliyinin xüsusi komissiyası hadisə yerinə yola düşüb. Hərbi müstəntiqlər təyyarəni idarəedən pilotlara “hazırlıq və ya uçuş qaydalarının pozulması” maddəsi üzrə cinayət işi qaldırıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş