Rusiyada “Armiya-2016” beynəlxalq hərbi-texniki forum başlayıb

Rusiyanın paytaxtı Moskva şəhərində “Armiya-2016” beynəlxalq hərbi-texniki forum işə başlayıb.

“AzeriDefence”nin məlumatına görə, Forumda əsas yeri Rusiya şirkətləri tutmaqla, ümumilikdə 800-ə yaxın şirkət özünün hərbi sahədəki yeniliklərini nümayiş etdirir. Sərgi bölməsində 7000 eksponat nümayiş olunur.

“Armiya” sərgisinə ilk dəfə stendlə qatılanlar arasında Qazaxıstan və Ermənistan da var. Qazaxıstanı sərgidə “Kazakhstan Engineering” şirkəti təmsil edir. Qazaxıstan ilk dəfə olaraq Rusiyada keçirilən sərgidə CAR-la birgə istehsal edilmiş döyüş maşınlarını, Türkiyə ilə birgə istehsal edilmiş döyüş modulunu, müxtəlif optik cihazları sərgiləyir.

Forum çərçivəsində müxtəlif aktual məsələlərə aid seminarların və təqdimatların keçirilməsi, yeni silah və texnikaların, təyyarə və helikopterlərin dinamik təqdimatları nəzərdə tutulur.

“Armiya-2016” beynəlxalq Foruma Azərbaycanın Müdafiə və Müdafiə Sənayesi nazirliklərindən ziyarətçi qismində nümayəndələr qatılıblar.

Forum sentyabrın 11-də başa çatacaq.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş