Rusiyada aviasiya paradına 597 təyyarə və helikopter cəlb ediləcək

Rusiyada aviasiya paradına 597 təyyarə və helikopter cəlb ediləcək

Böyük Vətən müharibəsində Qələbənin 75-ci ildönümü münasibətilə Rusiyanın 47 şəhərdə, o cümlədən bütün Qəhrəman şəhərlərdə aviasiya paradının uçuşu planlaşdırılır.

“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən veriyi məlumata görə, bunu Hava-Kosmik Qüvvələrinin komandan müavini general-leytenant Sergey Dronov deyib.

General bildirib ki, Moskva səmasında 75 təyyarənin uçuşu planlaşdırılıb: “Moskvada aviasiya paradı Poklonnaya təpəsi üzərindəki uçuşlarla başa çatacaq. Bundan sonra, təyyarə və helikopterlərin bir hissəsi Voloqda, Tula, Tver, Samara və Kazan şəhərləri üzərindəki aviasiya paradlarında iştirak edəcək”.

S.Dronov onu da əlavə edib ki, 47 şəhərdə keçiriləcək avasiya paradında 597 təyyarə və helikopter iştirak edəcək.

Qeyd edək ki, Rusiyada mayın 9-a nəzərdə tutulmuş Qələbə Paradı koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar təxirə salınıb. Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində Qələbənin 75 illik yubileyi ilə əlaqədar hərbi paradın qeyri-müəyyən vaxtadək təxirə salındığını, lakin 2020-ci il ərzində keçiriləcəyini bəyan edib.

KATEQORIYA:
Bu xəbəri paylaş