Rusiyada Azərbaycana hərbi məhsulların satışına görə rüşvət alan vəzifəli şəxslər həbs olunub

Rusiyada Azərbaycana hərbi məhsulların satışına görə rüşvət alan vəzifəli şəxslər həbs olunub

Azərbaycana ikili təyinatlı məhsulların satışı üçün müəssisələrdən rüşvət alan Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin və Sənaye və Ticarət Nazirliyinin 2 vəzifəli şəxsi və rüşvət verən bir müəssisə rəhbəri həbs edilib.

Bu barədə “AzeriDefence” “Kommersant” qəzetinə istinadən məlumat verib.

Keçirilən əməliyyat zamanı Sənaye və Ticarət Nazirliyinin hərbi-texniki əməkdaşlıq şöbəsinin rəisi Rizvan Qayrbekov Azərbaycana ikili təyinatlı məhsulun çatdırılmasına icazə sənədinin verilməsi üçün Nijeqorod Aviasiya Cəmiyyətinin baş direktoru Vasili Klepalovdan 4.5 milyon rubl rüşvət alıb. Rüşvət alınmasında vasitəçi qismində isə onların ümumi tanışı, Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin xarici dövlətlərlə hərbi-texniki əməkdaşlıq idarəsinin rəisi Sergey Qarmaş iştirak edib.

Korrupsiya işi üzrə araşdırmalar mart ayında başlayıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş