Rusiyada daha bir yenilik – PUA-lar minatəmizləmə əməliyyatlarına cəlb edilir

Rusiya mütəxəssisləri yüngül pilotsuz helikopter (PUA) üzərində minaaxtaran detektor hazırlayıb.

“AzeriDefence”nin Rusiya mediasına istinadən verdiyi xəbərə görə, “Briz” adı verilən PUA detektor yeraltı rabitə kabelləri və partlayıcı qurğuları aşkar etmək üçün nəzərdə tutulub.

“Briz” PUA detektorları hərbi mühəndis və kəşfiyyatçıların ehtiyaclarını qarşılamaq üçün hazırlanıb. Detektorlarının bir neçə nümunəsi test edilmək üçün mühəndis-istehkam bölmələrinə verilib və hazırda sınaqdan keçirilir. Sınaqlar tamamlandıqdan sonra, yeni kompleks seriyalı hərbi mühəndis və kəşfiyyatçıların arsenalına daxil ediləcək.

“Briz” PUA detektorlarından böyük ərazilərdə və gizli obyektlərin aşkar edilməsində operativ monitorinqlərin aparılması nəzərdə tutulub.

Mütəxəssislərin sözlərinə görə, PUA detektorları ərazilərin monitorinqini aparılmasını sürətləndirir və eyni zamanda istehkamçıların həyatı təhlükə riskini aradan qaldırır.

Çəkisi 37 kq olan “Briz” PUA detektoru 8 kq faydalı yükgötürmə qabiliyyətinə malikdir. Sürəti 65 km/saat, praktiki hərəkət radiusu 35 kilometr olan PUA detektor 1000 metrə qədər hündürlükdə kəşfiyyat apara bilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş