Rusiyada istehkamçının yeni fərdi müdafiə vasitəsi nümayiş etdirilib

Rusiya Müdafiə Nazirliyinin Mühəndis Qoşunlarının Elmi-tədqiqat Sınaq Mərkəzində yeni hazırlanmış istehkamçının fərdi müdafiə vasitəsinin nümayişi olub. “AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yeni fərdi müdafiə vasitəsi mina təmizləmə zamanı istehkamçıları qoruyacaq.

Təqdimatdan sonra 8 müəssisənin mütəxəssisləri ilə daha yüngül qoruyucu geyimin yaradılması məsələsi müzakirə olunub.

Yeni fərdi müdafiə vasitələri hələ Rusiya Ordusunda silahlanmaya qəbul edilməyib.

KATEQORIYA:
Bu xəbəri paylaş