Rusiyada Qələbə Paradının keçiriləcəyi tarix dəqiqləşdi

Rusiyada Qələbə Paradının keçiriləcəyi tarix dəqiqləşdi

İkinci Dünya Müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə həsr olunan Qələbə Paradı iyunun 24-də keçiriləcək.

“AzeriDefence”nin “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə video formatında keçirdiyi iclasda bildirib.

Prezident Vladimir Putin, müdafiə naziri Sergey Şoyquya iyulun 26-də Rusiyada ənənəvi hərbi parad keçirməsini də tapşırıb. 26 iyul hərbi paradı çərçivəsində “Ölməz Alay” yürüşü keçiriləcək.

Qeyd edək ki, mayın 9-da keçirilməsi planlaşdırılan Qələbə Paradı yeni koronavirus COVİD-19 infeksiyasının yayılması təhlükəsi ilə əlaqədar təxirə salınıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş