Rusiyada yeni radioelektron mübarizə kompleksi yaradılır

Rusiyanın “Almaz-Antey” şirkəti yeni radioelektron mübarizə (REM) kompleksi yaradır.

“AzeriDefence”nin məlumatına görə, şirkətin baş konstruktoru Pavel Sozinov deyib ki, yeni kompleksin üstünlüyü təkcə yerüstü deyil, kosmik məkanda da düşmən obyektlərini zərərsizləşdirə biləcək.

Bu REM sistem RLS, optik-elektron kəşfiyyat və kosmik məkanda dislokasiya olunmuş hədəflərə qarşı çalışacaq.

Onun sözlərinə görə, sifariş hökumət tərəfindən gəlib və yaradılma prosesinə artıq başlanılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş