Rusiyada yeni radioelektron mübarizə sistemi yaradılır

Rusiyanın “Konsern Radioelektronnıe Texnoloqii” (KRET) şirkəti yeni radioelektron mübarizə (REM) sistemi yaradır.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə “Rostex” məlumat yayıb.

3 min km radiusda işləyə biləcək sistem NATO-nun Avropadakı qurğularına qarşı fəaliyyət göstərəcək.

Sistem yerüstü qurğuların müəyyənləşdirilməsi və radiolelektron hücumların qarşısnın alınmasında istifadə ediləcək. Şirkətin mütəxəssisləri bildirib ki, kütləvi hücum zamanı bu kompleks düşmənin idarəetmə sistemini sıradan çıxaracaq.

“Murmansk-BN” adlandırılan REM kompleksin ilkin nümunəsinin dövlət sınaqlarına da başlanılıb.  Bildirilir ki, bu sınaqlar uğurla yekunlaşdırılıb və ordunun silahlanmasına verilməsi üçün heç bir maneə qalmayıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş