Rusiyada yeni radiolokasiya stansiyaları istismara verilib

Rusiyada yeni “Voronej” radiolokasiya stansiyaları (RLS) istismara verilib.

“AzeriDefence” Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Krasnoyarsk, Altay və Orenburq vilayətlərində “Voronej” radiolokasiya stansiyaları istifadəyə verilib.

Bununla, Rusiya ərazisində “Voronej” stansiyalarının sayı 7-ə çatdırılıb.

Rusiya yeni nəsil radarların hazırlanmasına 2005-ci ildə başlayıb. İlk radar “Voronej-M” RLS 2009-cu ildə Leninqrad vilayətində quraşdırılıb.

Radarlar müvəqqəti quruluşları sayəsində qısa zamanda quraşdırılır və az adamla idarə edilir. “Voronej”ləri istənilən zaman asanlıqla sökmək və istənilən yerə daşımaq mümkündür.

Məlumatda o da qeyd olunub ki, “Voronej” radarları ballistik raket təhdidlərini 6 000 km uzaqlıqdan aşkar edir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş