Rusiyadan Qarabağa sülhməramlıların olduğu daha 8 təyyarə yola düşüb

Rusiyadan Qarabağa sülhməramlıların olduğu daha 8 təyyarə yola düşüb

Bu gün Rusiya Hava-Kosmik Qüvvələrinin daha səkkiz İl-76 hərbi nəqliyyat təyyarəsi 15-ci sülhməramlı briqadanın bölmələrini Dağlıq Qarabağa aparmaq üçün Ulyanovsk-Vostochnıy aerodromundan havaya qalxıb.

Bu barədə “Azeri Defence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Təyyarələr Ermənistandakı aerodroma 10-dan çox ağır yolsuzluq avtomobili, o cümlədən 100-dən çox hərbçi çatdıracaq.

Bildirilib ki, sülhməramlı tapşırıqların icrası və Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin gecə-gündüz izlənməsi üçün hərəkətlərin koordinasiyası Rusiya Federasiyasının Milli Müdafiə İdarəetmə Mərkəzi tərəfindən həyata keçirilir.

Sülhməramlı tapşırıqları yerinə yetirmək, baş verə biləcək insidentlərin qarşısını almaq və Rusiya hərbi personalının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı fəaliyyət təşkil edilib. Birbaşa rabitə kanalları yaradılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş