Rusiyadan Xankəndinə göndərilən humanitar yük Gəncə hava limanına çatdırılıb

Rusiyadan Xankəndinə göndərilən humanitar yük Gəncə hava limanına çatdırılıb

Azərbaycan ilə müvafiq razılıq əsasında Rusiya tərəfindən Xankəndinə çatdırılması məqsədilə göndərilən humanitar yük dekabrın 6-da Gəncə beynəlxalq hava limanına çatdırılıb.

“Azeri Defence”nin məlumatına görə, humanitar yardım müəyyən edilmiş Gəncə-Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil yolu ilə yola düşüb.

KATEQORIYA:
Bu xəbəri paylaş