Rusiyadan Xəzər dənizinə daha bir artilleriya gəmisi

Bu ilin yaz aylarında Rusiya Xəzər Flotiliyasına 21630 layihəli “Buyan” sinfli daha bir artilleriya kateri daxil edəcək. “AzeriDefence” saytının məlumatına görə, “Volqodonsk” adlı katerin dövlət sınaqları 2011-ci ilin dekabr ayının sonlarında tamamlanıb. Katerin Rusiyanın Xəzər dəniz Flotiliyasına verilməsi haqqında qəbul aktı imzalanıb.

Hazırda Xəzər Flotiliyasında “Almaz Gəmiqayırma firması” ASC tərəfindən tikilmiş “Buyan” sinfli 3 kater xidmət edir.

“Volqodonsk” katerinin silahlanmasına 1 ədəd 100 mm-lik A190-1 artilleriya qurğusu, iki ədəd 30 mm-lik AK-306 topu, iki ədəd 14,5 mm-lik MPTU pulemyotu, bir ədəd “Qibka” zenit-raket buraxılış qurğusu və bir ədəd “Qrad-M” buraxılış qurğusu daxildir.

KATEQORIYA:
Bu xəbəri paylaş