Rusiya Federasiya Şurasının müdafiə komitəsinin sədri İrana gedir

Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin nümayəndə heyəti İrana səfər edəcək.

“AzeriDefence”nin Rusiya mediasına istinadən verdiyi məlumatına görə, Komitənin sədri Viktor Ozerovun rəhbəri olduğu nümayəndə heyəti martın 1-6 tarixlərində İranın müvafiq qurumlarında görüşlər keçirəcək.

Səfər zamanı Rusiya-İran hərbi texniki əməkdaşlığı, o cümlədən bu sahədə əlaqələrin daha da gücləndirilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi əsas müzakirə mövzusu olacaq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş