Rusiyanın 22460 layihəli gəmilərində TRİMS-22460 taktik naviqasiya kompleksi qurulur

Rusiyanın 22460 “İzumrud” layihəli sərhəd gözətçi gəmisində Tranzas şirkətinin istehsalı olan TRİMS-22460 taktik naviqasiya kompleksi qurulur. Bu barədə “AzeriDefence”yə Tranzas şirkətindən məlumat verilib.

Tranzas şirkəti ilə Almaz Gəmiqayırma Şirkəti arasında bağlanmış müqaviləyə uyğun olaraq, artıq 22460 layihəli üç gəmi belə sistemlərlə təchiz edilib.

TRİMS-22460 taktik naviqasiya kompleksi dəniz vəziyyətini təyin edən, rabitə və idarəetmə vasitələrini özündə birləşdirən avtomatlaşdırılmış gəmi kompleksidir.

Naviqasiya kompleksin müxtəlif gəmi sistemləri və avadanlıqları ilə inteqrasiyası (radarlar, exolot və s.) müxtəlif tapşırıqların dairəsini genişləndirməyə, gəminin idarəsini effektivliyini artırmağa və avadanlığın çatdırılma qiymətinin azaldılmasına kömək edəcək.

2013-2014 –cü illərdə 22460 layihəli daha iki gəmidə TRİMS-22460 kompleksinin qurulması planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş