Rusiyanın AWACS təyyarəsi 2024-cü ildə silahlanmaya qəbul ediləcək

Rusiyanın AWACS təyyarəsi 2024-cü ildə silahlanmaya qəbul ediləcək

Rusiyanın “A-100 Premier” adlı Havadan Xəbərdarlıq və Nəzarət (AWACS) təyyarəsinin 2024-cü ildə Hərbi Kosmik Qüvvələrin (VKS) silahlanmasına qəbul ediləcəyi planlaşdırılır.

Bu barədə “AzeriDefence” “RİA Novosti”yə istinadən məlumat verib.

“Uçan radar” adlandırılan “A-100 Premier” radiolokasiya patrul təyyarəsinin hazırda sınaqları davam etdirilir. “A-100 Premier”in ilk sınaq uçuşları 2017-ci ilin noyabrında keçirilib.

Bundan əvvəl Rusiyanın müdafiə nazirinin müavini, ordu generalı Yuri Borisov jurnalistlərə açıqlamasında bildirmişdi ki, “A-100 Premier” 2020-ci ildə ordunun istismarına veriləcək.

“A-100 Premier” radiolokasiya patrul təyyarəsi “Taqanroq” aviasiya elmi-texniki kompleksi tərəfindən İl-76MD-90A təyyarəsinin bazasında yaradılıb. Təyyarəyə quraşdırılan radar sistemi hərəkət edən və hərəkətsiz yerüstü, dəniz hədəfləri, müxtəlif obyektləri, helikopterləri, aşağı hündürlükdə və zəif sürətlə uçan hava aparatlarının aşkar və nəzarət edilməsinə imkan verir.

“A-100 Premier” Rusiya hərbi aviasiya parkından çıxarılması planlaşdırılan “Beriev A-50” və A-50U təyyarələrini əvəz edəcək.

 

 

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş