Rusiyanın Azərbaycana yeni hərbi attaşesi təyin olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin ilə görüşüb. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Azərbaycan ilə Rusiya arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirildiyi bildirilərək illik əməkdaşlıq planına əsasən Müdafiə Nazirlikləri nümayəndə heyətləri arasında keçirilən işçi görüşlərinin, Xəzər dənizində iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərləri və təlimlərinin də keçirilməsi qeyd olunub.

Səfir V.Doroxin ölkəsinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi polkovnik İqor Lobastovu Müdafiə nazirinə təqdim edib.

KATEQORIYA:
Bu xəbəri paylaş