Rusiyanın Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin sədri Bakıda görüşüb – FOTO

Rusiya müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov NATO Hərbi Komitəsinin sədri, general Petr Pavel ilə Azərbaycanda görüşüb.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verilib.

Görüşdə V.Gerasimov və P. Pavel Avropada və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar.

Rusiya Baş Qərargahının rəisi NATO Hərbi Komitəsinin sədrinə keçiriləcək “Qərb-2017” kod adlı iri miqyaslı təlim haqqında təfərrüatlı məlumat verib, təlimin planlı və müdafiə xarakterili olduğunu vurğulayıb, həmçinin üçüncü ölkələrə qarşı yönəlmədiyini deyib. Ordu generalı V.Gerasimov təlimlərin əsas məqsədinin Rusiya-Belarus müttəfiq dövlətin təhlükəsizliyinin təmin edilməsi olduğunu bildirib.

Görüşün gedişatında tərəflər danışıq əlaqələrinin davam etdirilməsi haqqında razılıq əldə ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş