Rusiyanın “Çirkon” hipersəsli raketinin atış sınaqları keçirilib

Rusiyanın “Çirkon” hipersəsli raketinin atış sınaqları keçirilib

Rusiyanın qanadlı “Çirkon” hipersəsli raketinin Admiral Qorşkov freqatında atış sınaqları keçirilib.

Bu barədə “Poliqon” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Rusiya Müdafiə nazirinin müavini Aleksey Krivoruçko bildirib ki, atış sınaqları zamanı “Mach 8” sürəti əldə edən “Çirkon” gəmi əleyhinə raketin sınaqları uğurla nəticələnib.

“Çirkon” raketinin dövlət sınaqları cari ilin sonuna qədər, sualtı qayıqlardan atış testlərindən sonra başa çatacaq.

Məlumatda o da qeyd olunub ki, “Çirkon” gəmi əleyhinə raketin 2022-ci ildə seriyalı istehsala başlanması planlaşdırılır.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş