Rusiyanın ən böyük hərbi zavodlarından birində yanğın olub

Rusiyanın “Uralvaqonzavod” Dövlət Şirkətində yanğın hadisəsi baş verib.

“AzeriDefence” Ria Novosti agentliyinə istinadən xəbər verir ki, yanğın zavodun 150 kvadratmetrlik ərazisini məhv edib. Məlumatda bildirilir ki, yanğın zamanı xəsarət alan olmayıb. Yanğınsöndürmə prosesi 40 personal və 9 texnika vasitəsilə həyata keçirilib.

Zavodda texnoloji prosesin pozulmadığı iddia edilir.

Qeyd olunub ki, yağın rənglənmə sexinə keçərək daha da yayğınlaşmağa başlayıb. 50 nəfər evakuasiya edilib. Müəssisə rəhbərliyinin məlumatına görə, yanğın ancaq mülki məhsullar olan yerdə baş verdiyi üçün dövlətin müdafiə sifarişlərini yerinə yetirməklə bağlı heç bir təhlükə yoxdur.

“Uralvaqonzavod” hərbi texniki istehsalla yanaşı (özüyeriyən artilleriya, ağır odsaçan sistemlər, tanklar) mülki məhsullar da (yol təmir maşınları, dəmiryol vaqonları) istehsal edir.

KATEQORIYA:
Bu xəbəri paylaş