Rusiyanın ermənilərə “İsgəndər-E” kompleksi verməsi təsdiqlənib: Proses kredit razılaşması əsasında reallaşdırılıb

Rusiya Ermənistana “İsgəndər-E” operativ-taktik raket kompleksi verməsini təsdiqləyib.

“AzeriDefence”nin məlumatına görə, Rusiya hökumətinə bağlı olan “vpk.name” (Hərbi sənaye komplerksi) xəbər portalının yaydığı xəbərdə bildirilib ki, Ermənistanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunan mərasimə (parad sentyabrın 21-də keçiriləcək) hazırlıq məşqləri zamanı fotoları yayılan “İsgəndər-E” operativ-taktik raket kompleksi bir müddət əvvəl erməni ordusunun silahlanmasına daxil edilib.

Kompleks Rusiya ilə Ermənistan arasında hərbi texnika və silah-sursatın 200 milyon ABŞ dolları həcmində kredit razılaşması əsasında ermənilərə verilməsi layihəsi əsasında reallaşdırılıb.

Xəbərdə o da qeyd olunub ki, Rusiyadan – istehsalçı ölkədə başqa “İsgəndər-E” operativ-taktik raket kompleksinə sahib olan ikinci dövlət Ermənistandır.

Xatırladaq ki, Ermənistanın”İsgəndər-E” operativ-taktik raket kompleksinə sahib olmaları ilə bağlı informasiyalar neçə müddətdir yayılsada, bu xəbər öz təsdiqini tapmırdı.

KATEQORIYA:
Bu xəbəri paylaş