Rusiyanın hərbi gəmiləri Azərbaycana gəlir

Rusiyanın hərbi gəmiləri Azərbaycana gəlir

Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının gəmiləri bazasını tərk edərək “Dəniz Kuboku-2020” müsabiqəsində iştirak etmək üçün Azərbaycanın paytaxtı Bakı şəhərinə yola düşüb.

Bu barədə Azeri Defence saytı Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, Rusiyanın hərbi gəmiləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “Puta” hərbi dəniz bazasına gəlməlidirlər. “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində Rusiya Xəzər flotiliyasının Mahaçqala kiçik artilleriya gəmisi ilə təmsil olunacaq.

Rusiyanın hərbi gəmiləri Azərbaycana gəldikdən sonra müsabiqə iştirakçıları hazırlıq mərhələsinə başlayacaqlar. Bu müddət ərzində yarışın bütün epizodlarının tədris və maddi bazasını yoxlayacaq, o cümlədən ərazinin təcrübə gəzintisini həyata keçirəcəklər.

Qeyd edək ki, “Dəniz Kuboku-2020” yarışları Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “Puta” hərbi bazasında keçiriləcək. Müsabiqənin açılış mərasimi avqustun 24-də olacaq.

Müsabiqə çərçivəsində hərbi dənizçilər dəniz və hava hədəflərinin artilleriya atəşi ilə məhv edilməsi, gəminin lövbərlənməsi, xilasetmə təlimi, habelə gəminin sağ qalması uğrunda bacarıqlarını göstərəcəklər.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş