Rusiyanın Hərbi-Hava Akademiyası 10 ədəd “Ansat-U” helikopteri alıb

Rusiya Müdafiə Nazirliyi ilə Kazan Helikopter Zavodu (KVZ) arasında “Ansat-U” yüngül çoxməqsədli helikopterlərin tədarükünə dair müqavilə imzalanıb.

“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, müqavilə çərçivəsində “Ansat-U” helikopterlərinin son partiysı oktyabrın 19-da sifarişçiyə təhvil verilib.

Saratov aviabazasının təlim mərkəzinə daxil edilən yeni helikopterlər Hərbi-Hava Akademiyasının istismarına verilib.

Bundan əvvəl, cari ilin noyabrında 5 ədəd “Ansat-U” yüngül çoxməqsədli helikopter Hərbi-Hava Akademiyasına təhvil verilib.

Bununla da Hərbi-Hava Akademiyasının avasiya texnika parkında, təlim ehtiyaclarını qarşılamq üçün nəzərdə tutulan “Ansat-U” helikopterlərinin sayı 10-a çatdırılıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş