Rusiyanın hərbi gəmiləri Bakıda- FOTOLAR

Azərbaycanın Müdafiə Nazirliyinin təşkilatçılığı ilə KİV nümayəndələri Bakıda səfərdə olan Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər Flotiliyasının “Mahaçqala” və “Volqodonsk” kiçik artilleriya gəmiləri, həmçinin “Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmisində olublar.“AzeriDefence”nin məlumatına görə, tanışlıq zamanı media nümayəndələrinə bildirilib ki, səfər iki ölkənin hərbi dəniz qüvvələri arasında dostluq, qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək və inkişaf etdirmək məqsədi daşıyır.

Gəmi komandiri məlumat verib ki, 21630 “Buyan” layihəlii “Mahaçqala” və “Volqodonsk” kiçik artilleriya gəmiləri dənizdə və çaylarda döyüş aparılması üçün nəzərdə tutulub. 58 nəfər heyətə malik gəminin uzunluğu 61.74 metr, eni 9.60 metr, sürəti 26 mildir. Gəmi dənizdə 10 gün qala bilir.

21630 layihəli “Mahaçqala” və “Volqodonsk” gəmilərinin əsas silahı 1 ədəd 100 mm çaplı A-190 “Universal” gəmi topudur. Topun döyüş ehtiyatı 200 mərmi, atış mənzili 27 km-dir. Bu toplar həm idarə olunmayan, həm də idarə olunan mərmilərlə atəş aça bilir.

Gəminin silahlanmasında 2 ədəd AK-306 topu, 30 km mənzilə sahib 2 ədəd 10 lüləli MS-73 reaktiv yaylım atəş sistemi (döyüş ehtiyatı 80 raket), 2 ədəd 14.5 mm çaplı pulemyot, 3 ədəd 7.62 mm çaplı pulemyot yer alır.

Gəminin hava hücumundan müdafiəsi arxa bölmədə yerləşdirilmiş bir ədəd 3M-47 “Qibka” zenit-raket kompleksi ilə təmin olunur. Bu kompleks “İqla-S” raketlərindən istifadə edir.

Gəminin radioelektron mübarizə vasitələri barədə heç bir informasiya açıqlanmayıb. Gəmi komandirləri yalnız “gəmilər ən müasir radar və radioelektron mübarizə sistemləri ilə təchiz olunub” deyiblər.

Göründüyü qədər 21630 “Buyan” layihəli gəmilərində əsas radar olaraq bir ədəd “Pozitiv-ME1.2” RLS-i yer alır. Bu radarların müşahidə zonası 150 km-dir.

Bundan başqa, hər iki gəmi su altında diversantları, dalğıcları və sualtı insansız vasitələri aşkar etmək üçün sualtı akustik aparatlara malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş