Rusiyanın hərbi gəmiləri iyunda Bakıya gəlir

Rusiya Xəzər Flotiliyasının gəmilər dəstəsi iyunda Bakıya səfər edəcək. Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Plana əsasən Rusiya hərbi gəmilərinin Bakı və Qazaxıstanın Aktau limanına səfəri nəzərdə tutulur.

Xəzəryanı dövlətlərin limanlarına səfər vaxtı Qazaxıstan və Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə birgə təlimlərin keçirilməsi planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş