Rusiyanın iki artilleriya gəmisi Azərbaycana gəlib

Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Flotiliyasının 21630 “Buyan” layihəli iki hərbi gəmisi Azərbaycana gəlib.

Bu barədə “AzeriDefence” eksklüziv olaraq hərbi mənbələrdən məlumat əldə edib.

“Volqodonsk” və “Mahaçqala” kiçik arilleriya gəmiləri bu gün Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasına daxil olub. Rusiyalı dənizçilərin səfəri dostluq məqsədi daşıyır. Bakıdan əvvəl Rusiya gəmiləri İranın Ənzəli limanında bu ölkənin HDQ-nin qonağı olub.

Səfər günlərində Azərbaycan və Rusiyanın dənizçilərinin görüşləri, birgə tədbirləri olacaq. Həmçinin Rusiya gəmilərinə tanışlıq səfəri düzənlənəcək.

Qeyd edək ki, bu Rusiya HDQ-nin gəmilərinin Azərbaycana dördüncü səfəridir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, “Mahaçqala” və “Volqodonsk” kiçik artilleriya gəmilərinin, həmçinin “Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmisinin Bakıya gəlib.

Rusiya hərbi gəmilərini Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin nümayəndələri qarşılayıblar.
Nümayəndə heyəti, həmçinin Hərbi Dəniz Qüvvələri Komandanlığı, Səbail rayon icra hakimiyyəti və Bakı Dəniz Limanının rəhbərliyi ilə görüşlər keçirəcək, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə tanış olacaq.

Gəmilərin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər avqustun 16-dək davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş