Rusiyanın iki hərbi gəmisi Bakıya gəlir – FOTOLAR

Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər Flotiliyasının hərbi gəmiləri Bakıya gələcək. Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.Rusiya HDQ Xəzər Flotiliyasının “Dağıstan” raket gəmisinin və “Qrad Sviyajsk” kiçik raket gəmisi oktyabrın başlanğıcında Xəzəryanı ölkələrin limanlarına dostluq səfərləri edəcək. Səfər çərçivəsində qonşu ölkələrin HDQ ilə birgə tədbirlərinin icra edilməsi, nümayəndə heyətlərinin görüşü və gəmilərə ekskursiyaların keçirilməsi nəzərdə tutulur. Səfərdə Xəzər flotiliyasının hərbi orkestri də təmsil olunacaq.

Rusiya gəmiləri Bakı ilə yanaşı Qazaxıstan HDQ-nin Akttau, İranın Ənzəli limanlarında olacaq.

Aktauda Rusiya gəmiləri Qazaxıstan HDQ-nin gəmiləri ilə birgə hərbi təlimə qatılacaq.

Qeyd edək ki, “Dağıstan” raket gəmisi 2013-cü ilin avqust ayında Bakı limanında dostluq səfərində olub.

KATEQORIYA:
Bu xəbəri paylaş