Rusiyanın ilk “Karakurt” kiçik raket gəmisi noyabrda suya endiriləcək

“Karakurt” layihəsi çərçivəsində ilk kiçik raket gəmisi noyabrda Sankt-Peterburqda suya endiriləcək.

“AzeriDefence” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb

Bildirilib ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin sifarişi əsasında 7 gəminin tikintisi nəzərdə tutulub. 22800 “Karakurt” kod adı altında inşa olunacaq bütün gəmilər kiçik raket gəmiləri sinifinə aiddir.

“Karakurt” layihəsi “Almaz” Mərkəzi dəniz konstruktor bürosu tərəfindən hazırlanıb. Gəmilərin tikintisi Sankt-Peterburq ərazisində və Krımda “Pella” zavodununda aparılır. Ümumilikdə Rusiya Hərbi Dəniz Qüvvələri 18 kiçik raket gəmisi almağı planlaşdırır. Onların əsas təyinatı yaxın dəniz zonasında döyüş əməliyyatlarının aparılmasıdır.

Açıq dənizdə əməliyyatlar üçün uyğunlaşdırılan “Karakurt” dayaz dəniz və böyük çaylar üçün nəzərdə tutulmuş 21631 “Buyan-M” sisnifli kiçik raket gəmilərinin əlavəsi olacaq.

Su basımı 800 ton təşkil edən “Karakurt” gəmilərinin silahlandırılmasında zərbə və hava hücumuna qarşı silah kompleksləri daxil edilir. Bundan başqa yeni gəmilərə döyüş idarəetmə və aşkaretmə sistemləri, həmçinin hədəf işarələmə və rabitə sistemləri inteqrasiya olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş