Rusiyanın iri müdafiə sənayesi şirkəti olan “Uralvaqonzavod” müflis olmaq təhlükəsi ilə üzləşib

Rusiyanın “Uralvaqonzavod” dövlət şirkəti müflis olmaq təhlükəsi ilə üzləşib.

“AzeriDefence”nin Rusiya mediasına istinadən verdiyi məlumatına görə, şirkətin Voronejdə yerləşən dəmirçi və ştamplama istehsalları və digər avandanlıq buraxan edən “Tyajmexpress” və tank istehsalına görə dünyanın ən böyük korporasiyası olan “Uralvaqonzavodu”nun müflisliyi haqqında iddia irəli sürülüb.

İddianın məbləği isə 12 milyard 256 milyon rubl təşkil edir.

Qeyd edək ki, “Uralvaqonzavod”un 2016-cı ildə şirkətin filiallarının borc səbəbindən məhkəmə qərarı ilə bağlanması haqqında iddialar yer almışdı.

KATEQORIYA:
Bu xəbəri paylaş