Rusiyanın Ka-226T helikopteri Hindistanda yığılacaq

Rusiya istehsalı olan Ka-226T çoxməqsədli helikopterin Hindistanda yığılması ilə bağlı razılıq əldə olunub.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, imzalanacaq müqaviləyə əsasən 197 Ka-226T helikopter Hindistanda yığılacaq.

Hindistan Müdafiə Nazirliyindən də öz təsdiqini tapan xəbərə görə, bu ay ərzində rəsmi saziş imzalanacaq və bundan sonra helikopterin HAL şirkətində yığılması ilə bağlı hazırlıq işlərinə başlanılacaq. Bu işdə HAL-a Rusiyanın “Kamov” kompaniyası yardım edəcək.

Mütəxəssislərin sözlərinə görə, Hindistan kimi dağlıq ölkələrdə bu tip helikopterin istifadəsi olduqca münasibdir.

KATEQORIYA:
Bu xəbəri paylaş