Rusiyanın korvet sinifli əsas döyüş gəmisinin silah arsenalı bəlli oldu – SİYAHI    

Gəmi bu ilin mayında suya buraxılacaq

Rusiyanın Gəmiqayırma Birliyi Korporasiyasının “Severnaya verf” zavodunda inşa edilən 20385 layihəli korvet sinifli gəminin tikintisi yekunlaşır.

“AzeriDefence”in “Severnaya verf”in mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, 2012-ci ilin fevralın 1-dən tikintisinə başlanılan “Qremyaşiy” gəmisi 2017-ci ilin mayında suya buraxılacaq.

Məlumatda o da qeyd olunub ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin korvet sinifli əsas gəmilərindən olacaq çoxməqsədli “Qremyaşiy”  “Almaz” Mərkəzi dəniz konstruktor bürosunda layihələndirilib.

Gəmidə artilleriya, raket, gəmiəleyhinə, hidroakustik və radiolakasiya kompleksləri qurulub.

Bundan başqa gəmidə Ka-27 helikopterinin saxlanması üçün anqar da yaradılıb.

Gəminin subasması 2200 ton, maksimum üzmə məsafəsi 3500 mil, şəxsi heyəti 99 nəfərdir.

Silahlanmaya gəldikdə, gəmi А-190-01 markalı 100 mm-lik artilleriya qurğusu, iki 30 mm-lik АК-630М markalı zenit avtomatla, “Kalibr-NK” universal raket kompleksi, “Redut” zenit raket kompleksi, gəmi əleyhinə “Paket” sistemi və Ka-27 helikopteri ilə təchiz edilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş