Rusiyanın Mi-8AMTŞ-VN helikopterinin uçuş sınaqları başlayıb

Rusiyanın Mi-8AMTŞ-VN helikopterinin uçuş sınaqları başlayıb

Rusiyanın “Rostex” Dövlət Korporasiyasına daxil olan “Vertoletı Rossii” şirkəti yeni Mi-8AMTŞ-VN hərbi nəqliyyat helikopterlərinin uçuş sınaqlarına başlayıb.

Bu barədə “AzeriDefence”ə “Rostex” Dövlət Korporasiyasından məlumat verilib.

Desant bölmələrinin hücum dəstəyi, habelə xüsusi əməliyyatlar üçün hazırlanmış yeni hərbi helikopter müasir avadanlıqlar, gücləndirilmiş silah və mühafizə sistemləri ilə təchiz edilib.

“Rostex”in aviasiya kompleksinin sənaye direktoru Anatoli Serdyukov bildirib ki, sınaqlar çərçivəsində helikopterin aerodinamik və uçuş imkanları, o cümlədən manevr qabiliyyəti, dayanıqlığı və idarəolunması, həmçinin silah sisteminin və qoruyucu vasitələrin etibarlılığı və səmərəliliyi qiymətləndiriləcək.

Sınaqların ilk mərhələsinin noyabr ayında başa çatması planlaşdırılır. Gələcəkdə bu tip daha iki helikopter uçuş sınaqlarına qoşulacaq.

Məlumatda o da qeyd olunub ki, “Armiya-2019” beynəlxalq hərbi-texniki forumu çərçivəsində Rusiya Müdafiə Nazirliyi ilə 10 ədəd Mi-8AMTŞ-VN helikopterinin tədarükünə dair müqavilə bağlanıb.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş