Rusiyanın minatəmizləmə qrupları üçün xüsusi avtomobil hazırlanıb

Rusiyanın minatəmizləmə qrupları üçün xüsusi avtomobil hazırlanıb

Rusiyanın müdafiə sənayesi müəssisəsində minatəmizləmə qrupları üçün xüsusi avtomobil hazırlanıb.

Bu barədə Azeri Defence saytı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Mühəndis qoşunlarının ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan SAQR adlı avtomobil kapsul gövdəyə malikdir.

Maşının xüsusi avadanlığına partlayıcı maddələrin daşınması üçün konteyner, partlamamış hərbi sursatların (PHS) yerləşdirilməsi və daşınması üçün rəf, mina detektorları üçün rəflər, əlavə avadanlıq və bağlayıcı alətlər, o cümlədən partlayıcı maddələrin daşınması üçün metal qutular, partlayışın lokallaşdırması üçün yorğan, avtomatik yanğın söndürmə sistemi və s. daxildir.

KATEQORIYA:
Bu xəbəri paylaş