Rusiyanın modernizə olunan T-90M tankının foto görüntüsü nümayiş etdirilib

Rusiyanın “Ural vaqon zavodu” müdafiə konsernin “Ordu-2017” beynəlxalq hərbi-texniki forumdakı stendində yeni modernizə olunan T-90M “Prorıv-3” tankının foto görüntüsü təqdim edilib.

“AzeriDefence” Rusiya mətbuatına istinadən xəbər verir ki, digər versiyalardan fərqli olaraq, yeni modernizə edilən T-90M tankının T-90MS tankı ilə ortaq cəhətləri mövcuddur.

Yeni modernizə edilən tankın qabaq hissəsindəki dinamik müdafiə sistemi və mühərrik hissəsi gücləndirilib.

Ehtimal edilir ki, Rusiya Ordusunun silahlanmasında 400-ə yaxın tank T-90M səviyyəsində modernizə ediləcək. Yenilənmə zamanı tank yivsiz lüləli 125 mm-lik 2A82-1M (T-14) topu ilə silahlandırılıb.

Həmçinin T-90M tankına yüksək dəqiqliklə, tezatma qabiliyyətli, 900-ə qədər mərmi tutumuna malik yeni idarəetmə sistemi quraşdırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş