Rusiyanın modernləşdirilmiş Il-20M təyyarəsi “Kinjal” raketləri ilə silahlandırılır

Rusiyanın modernləşdirilmiş Il-20M təyyarəsi “Kinjal” raketləri ilə silahlandırılır

Rusiyanın “Kinjal” (“Xəncər”) səsdən sürətli aviasiya raket sistemi modernləşdirilmiş Il-20M təyyarəsindən hədəf təyinatı alacaq.

Bu barədə Azeri Defence saytı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Modernləşdirilmiş Il-20M radioelektron kəşfiyyat təyyarəsi Cənub Hərbi Dairəsinin silahlanmasına verilib. Təyyarənin istismara verilməsi mərasimi Rostov vilayətindəki aerodromlardan birində həyata keçirilib.

Rusiya mütəxəssislərinin sözlərinə görə, təyyarələrin modernləşdirilməsinin əsas xüsusiyyəti müasir radiostansiya vasitəsi ilə hədəf təyinatların birbaşa “Kinjal” raket sisteminə ötürülməsidir.

Modernləşdirilmiş Il-20M təyyarəsi müasir radioelektron, radiotexnika və optik-elektron kəşfiyyat sistemləri ilə təchiz olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş