Rusiyanın Müdafiə naziri: “Burada prezidentlərə məruzə etməli, müzakirə olunmalı məsələlər var”

Rusiyanın Müdafiə naziri: “Burada prezidentlərə məruzə etməli, müzakirə olunmalı məsələlər var”

“Mənim üçün Azərbaycana səfər həmişə fikir mübadiləsi aparmaq və regional təhlükəsizlik məsələlərini, həmçinin bizim hərbi və hərbi-texniki əməkdaşlığımızla bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Burada prezidentlərə məruzə etməli, müzakirə olunmalı məsələlər var”.

Azeri Defence saytının məlumatına görə, bu fikirləri Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə deyib.

“Dünən Azərbaycan heyəti start götürdü. Biz onu müşahidə edirdik. Heyət heç də pis start götürmədi. Mən tank biatlonunu nəzərdə tuturam. Azərbaycan komandası qalan yarışlarda da kifayət qədər yaxşı çıxış edir. Mən bu komandaya uğurlar arzu edirəm.

Bizi sevindirməyə bilməz ki, Azərbaycan və onun komandası ənənəvi olaraq Xəzərdə keçirilən yarışlara ev sahibliyi edir. Bu yarışlar həmişə yüksək səviyyədə keçirilir. Ona görə ki, burada ənənəvi qonaqpərvərlik və bu yarışların təşkili, əlbəttə, ən yüksək səviyyədədir”, – deyə Rusiyanın Müdafiə naziri bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş