Rusiyanın müdafiə büdcəsi gələn il 46 milyard ABŞ dolları olacaq

2018-ci ildə Rusiyanın müdafiə büdcəsi 46 milyard ABŞ dolları təşkil edəcək.

“AzeriDefence”nin TASS informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin 2017-ci ilin yekun kollegiya iclasında nazir Sergey Şoyqu deyib.

Büdcə müzakirəsi zamanı qoşunların yenidən silahlanmasının artımından danışan müdafiə naziri bildirib ki, 2018-ci ilin müdafiə büdcəsi cari illə müqayisədə 2.8 dəfə çoxluq təşkil edəcək.

Müqayisə üçün qeyd edək ki, gələn il Pentaqonun büdcəsi 700 milyard ABŞ dollarından çox olacaq. Böyük Britaniya Müdafiə Nazirliyinin büdcəsi 60 milyard, Fransa və Almaniya Müdafiə nazirliklərinin büdcəsi isə 40 milyard ABŞ dolları təşkil edəcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş