Rusiyanın MZ-204 minaatanı zavod sınaqlarını tamamlayıb

Rusiyanın MZ-204 minaatanı zavod sınaqlarını tamamlayıb

Rusiyanın yeni MZ-204 “Qoreç” adlı özüyeriyən minaatan kompleksi zavod sınaqlarını tamamlayb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə TASS xəbər agentliyinə “Hərbi Sənaye Kompleksi” şirkətinin baş direktoru Aleksandr Krasovitsky deyib.

Baş direktor bildirib ki, hidropnevmatik dayaqlarla “Tiqr” zirehli avtomobilin üzərinə inteqrasiya edilən 120 mm-lik MZ-204 “Qoreç” özüyeriyən minaatan kompleksinin sınaqları uğurla nəticələnib.

Onun sözlərinə görə, atış zamanı minaatan komleksinin heyəti döyüş hesablamasını zirehli avtomobilin kabinəsindən həyata keçirir.

Avtomatlaşdırılmış rejimdə atəş açan minaatan pilotsuz uçuş aparatlarından istifadə edərək hədəfi dəqiq işarələyə bilər. Komandir rəngli çoxfunksiyalı JK-monitorda atəş üçün lazım olan məlumatları alır. Minaatan kompleksi 120 mm çaplı idarə olunan “Qran” minasından istifadə edir.

KATEQORIYA:
Bu xəbəri paylaş