Rusiyanın “Pantsir-ME” kompleksinin sınaqları 2018-ci ildə başlayacaq

Rusiyanın “Pantsir-ME” zenit-raket-top kompleksinin (ZRTK) sınaqları 2018-ci ildə başlayacaq.

“AzeriDefence” TASS agentliyinə istinadən xəbər verir ki, bunu “Almaz” Mərkəzi dəniz konstruktor bürosunun baş direktoru Aleksandr Şlyaxtenko deyib.

A.Şlyaxtenko bildirib ki, “Pantsir-ME” kompleksinin növbəti ildə əvvəlcə quruda, sonra dənizdə sınaqlarının keçirilməsi planlaşdırılır.

Bundan əvvəl A.Şlyaxtenko bildirib ki, “Pantsir-ME” ZRTK-nin 1241 layihəli “Molniya” raket katerinə quraşdırılaraq Qara dənizdə sınaqları keçiriləcək. Rusiya Donanmasının sifariş verdiyi sistemin sınaqlarının 1-2 il davam etdiriləcəyi nəzərdə tutulub.

“Pantsir-ME” kompleksinin testləri tamamlandıqdan sonra, 22800 layihəli korvet sinifli “Karakurt” döyüş gəmisinə inteqrasiya olunacaq. “Germes-K” raketləri ilə dəstləşdirilməsi planlaşdırılan “Pantsir-ME” hazırda istismarda olan “Kortik” kompleksini əvəz etməlidir.

Qeyd edək ki, “Pantsir-ME” ZRTK quru qoşunlar üçün nəzərdə tutulan “Pantsir-S1” kompleksinin bazasında yaradılıb. Texniki xarakteriskasına görə, “Pantsir-ME” 1000 km/saatda uçan aviasiya vasitəsini məhv edə bilir. Bundan başqa silah eyni vaxtda 4 hədəfə atəş açır, kompleksin hədəfə reaksiyası isə 3-5 saniyədir. Kompleksin raketi 20 km məsafədə, topu isə 4 km-ə qədər məsafədə hədəfi vura bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş