Rusiyanın Qara dəniz donanmasındakı patrul katerininin qadınlardan ibarət heyəti təlimlərdə – FOTO

Rusiyanın Qara dəniz donanmasındakı patrul katerininin qadınlardan ibarət heyəti təlimlərdə – FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) Qara dəniz flotiliyasının P-834 patrul katerinin qadınlardan ibarət heyətinin təlimləri keçirilir.

Bu barədə “AzeriDefence” Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Bu Qara dəniz flotiliyasında heyəti tam şəkildə qadın hərbi qulluqçulardan təşkil edilən ilk patrul kateridir.

Hazırlığın başlanğıc mərhələsində, üç ay ərzində qadın hərbi qulluqçular Sankt-Peterburq şəhərində hərbi dəniz donanmasının Birləşmiş Tədris Mərkəzində təlim keçib.

Hazırda heyət Kırımda Qara dəniz flotiliyasının bazasında sualtı diversiya dəstəsinin tərkibində təlimləri davam etdirir.

Qeyd edək ki, bu ilin aprel ayında Rusiya Hərbi Dəniz Qüvvələri Qara dəniz Flotiliyasının döyüş sıralarına daxil edilmiş 03160 “Raptor” layihəli P-834 bort nömrəli patrul katerlərini tam şəkildə qadınlardan komplektləşdirdiyini açıqlayıb.

“Pella” tərsanəsində inşa edilmiş 03160 “Raptor” layihəli itisürətli katerlər dəniz akvatoriyalarında patrul xidmətinin təşkili, sürətli müdaxilə, xüsusi təyinatlı qrupların hadisə yerinə nəqli, gəmilərin ələ keçirilməsi, axtarış-xilasetmə əməliyyatları üçün nəzərdə tutulur. Sürəti 50 düyün təşkil edən kater tam təchizatlı 20 desant daşıya bilir. “Raptor”un İsveçin “Dockstavarvet” şirkətinin lisenziyası əsasında CB-90 sürətli müdaxilə katerlərinin üzərində müəyyən təkmilləşdirmələr aparılmaqla yaradıldığı bildirilir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş