Rusiyanın Qara dəniz donanması təlimi “Mostik 2000” ilə keçəcək

“Tranzas” şirkəti Qara dəniz donanmasında gəmi idarəçiliyi üçün “Mostik 2000” trenajoru quraşdırıb. Bu barədə “AzeriDefence”yə “Tranzas” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Trenajor donanmanın təlim mərkəzində quraşdırılıb. “Mostik 2000” vizual layihə sistemli komanda körpüsündən və taktiki qrup gəmilərinin üç kiçik körpülərindən ibarətdir. “Mostik 2000” öz nəslində gəmilər üçün yeganə simulyatordur.

Şirkətin trenajor sistemləri üzrə baş konstruktoru Vladimir Barkov deyib ki, trenajor silahlanmaya alındığı 8 ildə bütün istiqamətləri üzrə sınaqdan çıxarılıb və hər il donanmadan tətbiqinə dair sifarişlər alınır: “Bu gün Rusiya Hərbi Dəniz Qüvvələrinin bütün tədris mərkəzlərində bu trenajorlardan istifadə edilir”.

KATEQORIYA:
Bu xəbəri paylaş