Rusiyanın Şimali Osetiyadakı hərbi birləşməsi “İskander-M” raket kompleksinin təlimlərinə başlayır

Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsinə daxil olan raket briqadası “İskander-M” taktik raket kompleksinin təlimlərini keçirəcək.

“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təlimlərə Rusiyanın Şimali Osetiya Respublikasında dislokasiya olunan raket briqadası cəlb olunub.

Adıçəkilən briqadaya məxsus “İskander-M”in təlimləri Həştərxan vilayətində yerləşən poliqonda baş tutacaq.

Poliqonda digər raket sistemlərinin də təlimləri həyata keçiriləcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş