Rusiyanın Su-27 döyüş təyyarəsi Qara dənizə düşüb

Rusiyanın Su-27 döyüş təyyarəsi Qara dənizə düşüb

Rusiya Hava-Kosmik Qüvvələrinə məxsus Su-27 döyüş təyyarəsi Qara dəniz üzərində radarlardan itib.

Bu barədə “AzeriDefence” TASS xəbər agentliyinə istinadən məlumat verib.

Martın 25-də yerli vaxtla saat 20:10 radələrində planlaşdırılmış uçuşlar həyata keçirən Su-27 döyüş təyyarəsi Feodosiya şəhərindən təxminən 50 kilometr uzaqlıqda Qara dənizə düşüb.

Son məlumata görə, qəza zonasında axtarış davam edir, heyət hələ tapılmayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş