Rusiyanın “Velikiy Ustyuq” hərbi gəmisi gələn həftə Bakıya gələcək

Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər Flotiliyasının “Velikiy Ustyuq” döyüş gəmisi sentyabrın 19-dan 25-dək Azərbaycanda səfərdə olacaq.

“AzeriDefence”nin məlumatına görə, hərbi hazırda Rusiya gəmisi Qazaxıstanın Aktau limanındadır.

Səfər sahilyanı ölkələrin HDQ arasında münasibətləri inkişaf etdirmək və dostluq məqsədi daşıyır. Səfər çərçivəsində Azərbaycan HDQ-nin bazası və Bakı şəhəri ilə tanışlıq, görüşlərin keçirilməsi, idman və mədəni-kütləvi tədbirlər nəzərdə tutulur.

Qeyd edək ki, bundan əvvəl də Xəzər Flotiliyasının gəmiləri Azərbaycanda səfərdə olub.

21631 “Buyan-M” layihəli “Velikiy Ustyuq” korvetinin silahlanmasında 1 ədəd 100 mm-lik A-190-1 “Universal” avtomat top, 2 ədəd 14.5 mm-lik və 3 ədəd 7.62 mm-lik pulemyot, 1 ədəd  30 mm-lik AK-630M-2 “Duet” zenit topu, üzərində 8 ədəd “Kalibr” yaxud “Oniks” raketi yerləşən bir ədəd raket buraxıcı qurğu, “İqla” və ya “İqla-M” idarə olunan zenit raketlərindən atəş açan 2 ədəd 3M47-01 “Qibka-R” buraxıcı qurğusu yer alır. Gəmi “stels” texnologiya əsasında inşa olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş