Rusiyanın Xəzər Flotiliyası təlimlərə başlayıb

Rusiya Xəzər Flotiliyasının 20-dən çox hərbi gəmisi Xəzər dənizində təlim keçirir.

“AzeriDefence” “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev məlumat verib.

V.Astafyev bildirib ki, təlimlərdə “Dağıstan” və “Tatarstan” raket gəmiləri, “Qrad Sviyajsk”, “Uqliç”, “Velikıy Ustyuq” kiçik raket gəmiləri, “Həştərxan”, “Volqodonsk” və “Mahaçkala” kiçik artilleriya gəmiləri iştirak edir.

“Dəniz poliqonlarında 20-dən çox hərbi gəmi təlim-döyüş tapşırıqlarını yerinə yetirirlər. Kontr-admiral Serqey Pinçuyun Xəzər Flotiliyasında hərbi gəmiləri idarə edir. Təlim zamanı hərbi gəmilər dəniz, sahil və hava hədəflərinə müxtəlif tipli silah və komplekslərdən atəş açacaqlar”, – deyə V.Astafyev vurğulayıb.

Qeyd edək ki, Xəzər Dənizi Flotiliyası Rusiyanın Xəzər dənizində yerləşən hərbi-dəniz donanmasıdır. Rusiyada ən qədim flotiliyadır. Bundan başqa, Xəzərdə ən böyük qüvvə Rusiya donanmasının Xəzər Flotiliyasıdır.

KATEQORIYA:
Bu xəbəri paylaş