Rusiyanın Xəzər Flotiliyasının komandanı Azərbaycan heyəti ilə görüşüb

Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər Flotiliyasının komandanı, kontr-admiral Serqey Pinçuk Azərbaycan Müdafiə Nazirliyinin heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyiniin saytına istinadən məlumat verib.

Görüşdə Beynəlxalq Ordu İdman Oyunlarına hazırlıq çərçivəsində “Dəniz-2017” kuboku ilə bağlı təşkilati məsələlər müzakirə olunub.

Azərbaycan hərbçiləri “Xəzər” yaşamaq uğrunda mübarizə təlim-tədris kompleksiylə tanış olub, beynəlxalq yarışların keçirildiyi dəniz piyada qoşunlarının “Skorpion” tədris məntəqəsinə baxıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş